Muslim Library

Surah Al-'alaq ( The Clot )

Select reciter

Azəri

Surah Al-'alaq ( The Clot ) - Aya count 19
Facebook Twitter Google+ Pinterest Reddit StumbleUpon Linkedin Tumblr Google Bookmarks Email
اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ ( 1 ) Al-'alaq ( The Clot ) - Aya 1
(Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!
خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ ( 2 ) Al-'alaq ( The Clot ) - Aya 2
O, insanı laxtalanmış qandan yaratdı.
اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ ( 3 ) Al-'alaq ( The Clot ) - Aya 3
(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
الَّذِي عَلَّمَ بِالْقَلَمِ ( 4 ) Al-'alaq ( The Clot ) - Aya 4
O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.
عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ ( 5 ) Al-'alaq ( The Clot ) - Aya 5
(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.
كَلَّا إِنَّ الْإِنسَانَ لَيَطْغَىٰ ( 6 ) Al-'alaq ( The Clot ) - Aya 6
Xeyr, insan azğınlıq edər,
أَن رَّآهُ اسْتَغْنَىٰ ( 7 ) Al-'alaq ( The Clot ) - Aya 7
Özünün dövlətli olduğunu gördüyü üçün!
إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰ ( 8 ) Al-'alaq ( The Clot ) - Aya 8
Axı sənin axır dönüşün Rəbbinədir!
أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ ( 9 ) Al-'alaq ( The Clot ) - Aya 9
Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur
عَبْدًا إِذَا صَلَّىٰ ( 10 ) Al-'alaq ( The Clot ) - Aya 10
Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?
أَرَأَيْتَ إِن كَانَ عَلَى الْهُدَىٰ ( 11 ) Al-'alaq ( The Clot ) - Aya 11
Bir de görək, əgər o doğru yoldadırsa,
أَوْ أَمَرَ بِالتَّقْوَىٰ ( 12 ) Al-'alaq ( The Clot ) - Aya 12
Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!
أَرَأَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰ ( 13 ) Al-'alaq ( The Clot ) - Aya 13
(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə,
أَلَمْ يَعْلَم بِأَنَّ اللَّهَ يَرَىٰ ( 14 ) Al-'alaq ( The Clot ) - Aya 14
Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!
كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ ( 15 ) Al-'alaq ( The Clot ) - Aya 15
Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -
نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ ( 16 ) Al-'alaq ( The Clot ) - Aya 16
Özü də yalançı, günahkar kəkilindən!
فَلْيَدْعُ نَادِيَهُ ( 17 ) Al-'alaq ( The Clot ) - Aya 17
Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!
سَنَدْعُ الزَّبَانِيَةَ ( 18 ) Al-'alaq ( The Clot ) - Aya 18
Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!
كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِب ۩ ( 19 ) Al-'alaq ( The Clot ) - Aya 19
Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!
Facebook Twitter Google+ Pinterest Reddit StumbleUpon Linkedin Tumblr Google Bookmarks Email

Select language

Select surah